BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI

24 iyun 2021 13:35:40

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5700-dən çox hərbi qulluqçu təltif edilib.

 

Siyahı ilə buradan tanış ola bilərsiniz.