BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM

24 iyun 2021 12:33:36

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 mindən artıq hərbi qulluqçu təltif edilib.

 

Siyahı ilə buradan tanış ola bilərsiniz.