BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Növbəti tədris ilində dərslərin hansı qaydada keçiriləcək

24 iyun 2021 12:17:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva növbəti tədris ilində dərslərin onlayn və ya əyani qaydada keçirilməsi məsələsinə münasibət bildirib.

 

Zəfər.az-ın məlumatına görə, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, indidən bu məsələ barədə dəqiq fikir söyləmək çətindir. Onun sözlərinə görə, tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur:

 

M.Vəliyeva bildirib ki, bütün hallarda bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq:

 

"Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyadan keçməsi çox vacib şərtdir".