BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi

24 iyun 2021 12:03:39

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Krım tatarlarına dair qətnamə qəbul edib.

 

Zəfər.az xəbər verir ki, "Krım tatarlarının vəziyyəti" adlı qətnamədə AŞPA Krım tatarlarının vəziyyətindən narahatlığını ifadə edib.

 

Sənəddə onların hüquqlarının kobud şəkildə və mütəmadi olaraq pozulması halları pislənilib:

 

"Krım tatarlarının hüquqlarının pozulması, onlara qarşı asayiş keşikçiləri tərəfindən tətbiq olunan qeyri-insani rəftar, işgəncə hallarının artması haqqında məlumatlar daxil olmaqda davam edir", - sənəddə bildirlir.

 

AŞ PA həmçinin onlara qarşı tətbiq edilən məhdudiyyətlərdən, habelə fikir və toplaşma azadlıqlarının pozulması hallarından da narahatlığını ifadə edib:

 

"Belə hallar beynəlxalq insan hüquqları normalarının, habelə insan hüquqları üzrə Avropa konvensiyasının pozulmasına gətirib çıxarır", - qətnamədə vurğulanır (report).

 

Qeyd edək ki, Ukrayna ərazisi olan Krım 2014-cü ildə Rusiya tərəfindən işğal edilib.(Modern.az)