BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO

24 iyun 2021 10:48:10

Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.

 

Müdafiə Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.
Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.