BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

20 erməni hərbçinin qalıqları xaricə GÖNDƏRİLDİ

18 iyun 2021 19:26:50

Qarabağda tapılan 20-yə qədər erməni hərbçinin qalıqları şəxsiyyətlərini müəyyən etmək üçün xaricə göndərilib.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesysan açıqlama verib.

 

“20-dən çox şəxsin qalıqları tanınması üçün xaricə göndərilib. Bu proses bir qədər uzun çəkir amma valideynlərin dəqiq öz övladlarını dəfn etməsi baxımından bu vacibdir”- deyə nazir söyləyib.

 

Ermənistan baş naziri Nikol Paşinyan iyunun 18-də etdiyi çıxış zamanı Qarabağda rəsmən ölümü təsiqlənən 3 705 hərbçinin olduğunu deyib.