Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI: “Bakı və Yerevanla....”
18 iyun 2021 19:18:44
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağla bağlı qısa açıqlama verib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, Peskov Moskvanın Qarabağ məsələsini diqqətdə saxladığını xatırladıb.
“Moskva Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla daim əlaqədədir. Qarşıdakı bütün addımlar Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə, infrastukturun, nəqliyyat logistikasının inkişafına, vəziyyətin ümumən düzəlməsinə xidmət etməli, özündə gərginliyin artması üçün heç bir element nəzərdə tutmamalıdır”- deyə o söyləyib.