BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir

18 iyun 2021 11:48:59

“Biz iyunun 12-də Azərbaycanın 15 nəfər Ermənistan vətəndaşını İrəvana təhvil verməsini alqışlayırıq”.

 

Zəfər.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.


“Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini... Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var!” - deyə Rusiya XİN rəsmisi vurğulayıb.(Modern.az)