Ermənistan Krımı Rusiyanın ərazisi kimi TANIYA BİLƏR
17 iyun 2021 13:28:05
Ermənistan Krım yarımadasını Rusiyanın tərkib hissəsi kimi tanıya bilər.
Zəfər.az modern.az-a istinadən xəbər verir ki, bu barədə növbədənkənar parlament seçkilərində iştirak edəcək əsas siyasi qüvvələrdən biri – “Şərəf duyuram” blokunun rəhbəri Artur Vanetsyan söyləyib.
O, partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə məsələni parlamentdə qaldıracağını əlavə edib.