BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

70-ə yaxın qazi müasir protezlərlə təmin edilib

17 iyun 2021 13:26:05

Vətən müharibəsində yaralanan qazilərin müasir protezlərlə təmin edilməsi prosesi davam etdirilir.

 

Zəfər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

 

Onun sözlərinə görə, artıq 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib:

 

"Bunlar yeni nəsil protezlərdir. Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük töhfə verəcək".