Xidmət sahələri bu qaydalarla İŞLƏYƏCƏK
17 iyun 2021 11:37:43
Xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
Zəfər.az xəbər verir ki, xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər aşağıdakılardır:
Çalışan işçi heyətin azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması tövsiyə olunur;
Müəssisələrdə hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaşın təyin edilməsi;
Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması;
Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərlə təmin edilməsi;
Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;
Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;
Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının təmin edilməsi;
Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmamasının təmin edilməsi;
Zalların və otaqların mütəmadi havalandırılması;
İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;
Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;
Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması.(Modern.az)