BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz"

17 iyun 2021 11:32:01

Nüvə müharibəsində qalib ola bilməz.

 

Zəfər.az xəbər verir ki, bu barədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.


"Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları "nüvə müharibəsində qalib ola bilməz" prinsipinə sadiq qaldıqlarını dəstəkləyirlər”, - deyə Rusiya-ABŞ sammitinin birgə bəyanatında vurğulanıb.

 

Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində Vladimir Putin və Co Bayden arasında danışıqlar keçirilib. Görüşdə Rusiya və ABŞ liderləri regional münaqişələr, kibertəhlükəsizlik, strateji sabitlik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.(Modern.az)