BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Vətən müharibəsi qazisi vəfat etdi

16 iyun 2021 16:11:50

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.

 

Zəfər.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

 

Bildirilib ki, 1998-ci il təvəllüdlü Z. Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.


Xatırladaq ki, Z. Şahhüseynlinin atası Füzuli Şahhüseynli saytımıza oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.