BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ter-Petrosyan Koçaryanın Şuşa açıqlamasını PİSLƏDİ: “Yeni müharibə istəyir”

16 iyun 2021 13:52:45

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan xələfi Robert Koçaryanı sərt dillə tənqid etdi.

 

Zəfər.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident Koçaryanın Şuşa və Hadrutu “geri qaytaracam” açıqlamasından narazı qalıb.

 

“Robert Koçaryan başımıza bəla gətirə bilər. Şuşa və Hadrutu hansı yolla geri almaq istəyir? İndi orda Azərbaycan Ordusu dayanır və onun fikrincə, onlar ərazidən sadəcə çıxıb gedəcək? Əraziləri yalnız müharibə yolu ilə almaq olar. Yəni Robert Koçaryan erməni xalqına yeni müharibə, yeni qurbanlar, qan və yeni itkilər söz verir. O bunu deyir”- deyə Koçaryan açıqlama verib.(Modern.az)