BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Milli Məclisin bugünkü xüsusi iclasının vaxtı açıqlandı

16 iyun 2021 13:51:21

Milli Məclisin bugünkü xüsusi iclası saat 15:00-a təyin edilib.

 

Zəfər.az xəbər verir ki, iclasda Türkiyənin ölkəmizdə rəsmi səfərdə olan Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentariləri və media nümayəndələri qarşısında çıxış edəcək.

 

Qardaş ölkənin Azərbaycanda səfərdə olan nümayəndə heyətinə prezidentlə bərabər, Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.(Modern.az)