BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Fulya Öztürk Şuşadan paylaşım etdi - FOTO

16 iyun 2021 13:00:52

“CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk Şuşa şəhərindən paylaşım edib.

 

Zəfər.az xəbər verir ki, o, özünün instaqram səhifəsində Azərbaycan əsgərləri ilə çəkdirdiyi şəklini paylaşaraq “Şuşadakı əsgərlərlə xatirə fotomuz” qeydini yazıb.

 

Digər bir paylaşımda isə F.Öztürk Şuşa qalasını salamlayaraq "Əziz Şuşa, sən azadsan" yazıb.

 

Xatırladaq ki, F.Öztürk 44 günlük Vətən müharibəsini işıqlandıran ən fəal xarici media nümayəndələrindən biri olub.