BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Regional münaqişələri həll etmək üçün ABŞ-la birlikdə çalışırıq” - Şarl Mişel

16 iyun 2021 12:59:31

"Avropa İttifaqı və ABŞ Ermənistan və Azərbaycan arasında etimadı möhkəmlədən tədbirləri dəstəkləyir".

 

Zəfər.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel tvitter hesabında yazıb.

 

Onun sözlərinə görə, ABŞ və Aİ sülhün bərqərar olması üçün addımlar atır və bu onların bir olduğu məsələlərin nümunələrindən biridir.

 

“Regional münaqişələri həll etmək üçün birlikdə çalışırıq. Birlikdə qlobal və regional təhlükəsizlik problemlərini həll edə bildik”, - deyə Ş.Mişel yazıb.(Modern.az)