BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Gürcü alimləri erməni həyasızlığı haqqında

14 iyun 2021 17:39:45

Şərqi Afrikanın cəngəllikli ekvatorial meşələrində, rütubətli-quru çöllərində (savannalarında), dağ mağaralarında, çay vadilərində qəbilə-tayfa həyatı yaşayan tiqran, tiqr, tiqrau, ayk... icmalarının xələfləri olan ibtidai insan- hay sürüsünün köç yollarının bir istiqaməti də Kür və Araz çaylarının hövzəsi olmuşdur. Təbii ki, bu ibtidai insan sürüsünün instinkt-şüur təlqinində, rüşeym-gen təsirində başqa icmaların (yəni xalqların) tarixi maddi-mənəvi irs zənginliyinə vəhşi hərisliklə sahib çıxmaq istəyi aparıcı bioloji-fizioloji xətt olmuşdur.


Bəşər cəmiyyətinin təkamül mərhələləri hay qəbilə-tayfa şüurunun dəyişilməz olduğunu (yəqin ki, dəyişilməz olacağını) bir daha sübut etmişdir. Bu ibtidai insan qövmünün məskunlaşdığı ərazilərdə kökənli xalqlara qarşı ərazi iddiaları, onların maddi-mənəvi irsinə şərik çıxmaq cəhdi... yalnız formaca fərqlidir, mahiyyət etibarı ilə IV-V əsr müəllifi Favstos Buzandın “Erməni tarixi”, hay katolikosu, tarixçisi və yazıçısı Ovanes Drasxanakertsinin (898-929) “Erməni tarixi” kitabları, VII əsrdə uydurma Qriqorinin təlimi ilə saxta “erməni” tarixinin, coğrafiyasının zənginliyi barədə yalanları, X əsrin alban tarixçisi Musa Kələnkətlini öz adlarına çıxmaları və yaxud XX-XXI əsrlərdə bir çox hay həyasızlarının yazarları (V.Arutyunova-Fidanyanın (1937) “Erməni-xalkidonlar barədə”,1971, “Bizans oçerkləri”,2006; R.M.Bartikyanın (1927-2011) “V.A.Arutyunova-Fidanyanın “VII əsr erməni məsələsinin şərhi” kitabı barədə”,2004, ”Antik qədim dövr və orta əsrlər”,2006; P.M.Muradyanın (1933) “Gürcüstanda erməni epiqrafiyası”, 1985; A.M.Miqranyanın (1949) “Mənim qəzetim” nəşri...) olsun, imzalarında fərq olsa da, iddiaları eynidir - Türkiyə Cumhuriyyətinin, Azərbaycanın, Gürcüstanın, Şimali Qafqazın ayrı-ayrı coğrafi məkanları, yerli xalqların maddi-mənəvi irsi-onların hədəfindədir.


Bu hədəfləri sinələri ilə qoruyan kökənli milli mücahidlərin sayı da az deyil. Onlardan biri Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, Tarix, arxeologiya və etnoqrafiya Komissiyasının sədri, Gürcü kilsəsi yanında Beynəlxalq Xristian tədqiqatı mərkəzinin rəhbəri David Levonoviç Musxelişvilidir (1928).


Müəllifin “Qafqaz və qloballaşma” jurnalının 2011-ci il, 1-2 buraxılışının, 5-ci cildinin 170-180-ci səhifələrini tutan “Gürcü tarixinin bəzi məsələləri erməni tarixşünaslığında” məqaləsində hay mənşəli yazarların Cənubi Qafqaz üzrə tarixi-coğrafi saxtalaşdırmaya (“erməni”lərin qonşu dövlətlərə qarşı ərazi iddialarına, özlərini nəinki Cənubi Qafqazın, hətta Qafqaz regionunun kökənli, özgür xalqı kimi uydurmalarına, guya Cənubi Qafqazda dövlət quruculuğunda, maddi-mədəni irs zənginliyinin yaradılmasında, ictimai-siyasi cəmiyyətin təşəkkül tapmasında “erməni”lərin müstəsna xidmətlərinə, bəşər sivilizasiyasında “erməni”lərin dırnaqarası roluna...) qarşı tutarlı elmi-nəzəri təhlil ilə çıxış etmiş, ümumilikdə bu sahədə hay kilsəsinin (çünki, minilliklər-yüzilliklər boyunca bu kriminal hərəkat terrorçu-hərbiləşmiş hay kilsəsi tərəfindən həyata keşirilir) mürtəce siyasətini ifşa etmişdir.


Hay sürüsünə cavab olaraq yazılan adı çəkilən məqalə tarixi saxtalaşdıraraq hayların iddia etdikləri bir çox məsələlərə (Gürcüstanın Aşağı Kartli və Cəvahirli bölgələrinə yönəlik işğalçılıq niyyətinə, yalandan özlərini yerli xalq hesab etmələrinə, Gürcüstan tarixində hayların “əvəzsiz xidmət göstərmələrinə”, Cənubi Qafqazda bütün maddi-mədəniyyət abidələrinin yalnız haylara mənsubluğuna...) aydınlıq gətirmişdir.


Çünki yuxarıda adı çəkilən hay yazarları (xüsusilə V.Arutyunova-Fidanyan, P.M.Muradyan) bu mövzular ətrafında daha çox canfəşanlıq edirlər, gürcülərə və Gürcüstan dövlətinə qarşı hiddətləri güclənməkdədir.


Alban tarixçisi Musa Kələnkətlini də həyasızcasına özlərinin “milli alimi” hesab edən haylar yalandan deyir ki, o da gürcüləri Cənubi Qafqazın kökənli xalqı kimi qələmə verməmişdir. Və “Albaniya tarixi” əsərində göstərmişdir ki,Böyük Qafqaz dağlarında yaşayan quqar tayfaları (gürcülərin sələfləri) ”Ermənistan”ın şimal ərazilərində məskunlaşmış və “erməni” çarlarının hakimiyyəti altındadır. Məhz saxta hay yazarları bu konsepsiyanı təbliğ etməkdən yorulmur.


Hansı ki, bu mülahizə bütünlüklə hayların uydurmalarından başqa bir şey deyil.


Saxtakarlıq və uydurmalar o qədər geniş yayılıb ki, X əsrdə vahid gürcü feodal dövlətinin yaradılmasına təşəbbüs etmiş David III Böyük Kuropalatı (930-1001-ci illər, XVI əsr məşhur türk tarixçisi Şərəf xan ibn Şəmsəddin Bitlisli onu görkəmli gürcü dövlət xadimi adlandırıb), 980-983-illərdə çar Baqrationlar sülaləsinin vəsaiti ilə gürcü monarxı İverli İoahan tərəfindən əsası qoyulmiş və tikilmiş İver Afon məbədi (1830-cu ildə yunanlar tərəfindən zəbt edilmiş, 1866-cı ildə gürcü dilində yazılı daş lövhələr yunan dilində işlənilmişdir, “İveron” yunanca “gürcülərə məxsus yer” deməkdir), Bizans imperiyasının böyük kilsə sahibi, 1083-cü ildə indiki Bolqarıstan ərazisində, paytaxt Sofiya şəhərindən 189 km məsafədə həm də hərbi xadim Qriqol Bakuriani və qardaşı Abazi tərəfindən inşa edilmiş Baçkovo məbədi... etnik gürcülər olsa belə, guya onlar “erməni” xalqının müqtədir nümayəndələrid, yaratdıqları da “erməni”lərə məxsusdur.


Həmin hay sürüsünün iddiasına görə onlar “Böyük Ermənistan”ın yaradıcıları olmuşlar. Ona görə də həqiqi tarixi faktları təsdiqləyici elmi-nəzəri mülahizələri haylar inkar edirlər.


Halbuki, Qriqol Bakuriani gürcü və yunan dillərində yazmışdır: “Biz gürcülər (yunan mətnlərində “İverlər”-Q.Y.) mərhəmətliyik, hərbi ruhda tərbiyə almışıq, həmişə ağır həyata boyun əymişik.” Məgər, yazılı salnaməyə əsasən “gürcü” etnoniminə şübhə etmək olarmı? Bu ki, konfessional anlamda deyiməyib. Tək bu cümlə (digər arqumentlər nəzərə alınmasa belə) böyük xadimin milli-etnik mənsubiyyətinin təsdiqi kimi dəqiq cavabdır.


XX-XXI əsrlər “erməni” mənbələrinə diqqət yetirdikdə belə təəssürat yaranır ki, ümumiyyətlə Cənubi Qafqazda gürcü xalqı mövcud olmamışdır, ancaq “erməni”lər olub, “gürcü” etnonimi “erməni-xalkidonlar” anlamında başa düşülüb.


Fikrini əsaslandırmaq üçün, akademik D.L.Musxelişvili 2006-ci il 16 oktyabr tarixli “İzvestiya” qəzetində özünü siyasətçi-tarixçi sayan A.M.Miqranyanın dərc edilmiş müsahibəsində uydurma tezislərinə nəzər yetirmişdir. Məlum olub ki, hay müsahib-Gürcüstan Respublikasının Abxaziya və Kartli bölgələrində baş qaldıran seperatçı hərəkata qarşı gürcü xalqının etirazını-başa düşmür, bunu “insanlığa sığmayan mövqe” kimi qiymətləndirir.


Yəqin ki, yandığından gürcü alimi müsahibədən bəzi qeydləri olduğu kimi yazmışdır: “Zaqafqaziyanın tarixi ilə məşğul olan mütəxəssisləri aydın faktdır ki, gürcü xalqı və Gürcü dövləti Rusiya imperiyasının tərkibinə daxil olan tarixədək mövcud olmamışdır, hətta Sovet hakimiyyəti illərində də.”


Daha sonra hay canlısı deyir: “Xoş məram insanlar və xalqlar arasında az təsadüf edilən münasibətdir. Bir erməni kimi bu mənə aydındır. Vaxtında erməni çar sülalələri gürcüləri himayə ediblər, erməni knyazlarının bir qolu, sonra isə Baqratidlərin çar ailələri Gürcüstanda hakim mövqe tutmuşlar. Orta əsrlərdə Gürcüstanın sərhədlərinin genişləndirilməsi erməni knyazlarının və sərkərdələrinin hesabına mümkün olmuşdur. Paytaxt Tiflis şəhərini də ermənilər tikib, bu şəhərin memarlıq-arxitektura abidələri erməni tacirlərinin və xeyriyyəçilərinin vəsaiti hesabına inşa edilmişdir, çünki, onlar burada yaşayıb, fəaliyyət göstərmişlər.”


Hay sürüsünün varlığı bunlarla kifayətlənmir: “Mesrop Maştos erməni əlifbasını yaratdıqdan sonra, gürcülər üçün də əlifba yaradıb. Amma, bu vaxtadək heç bir gürcü mədəniyyət xadimi, siyasətçi tarixi ədalət naminə bunu qeyd etməyib, ermənilərin gürcü mədəniyyətinə, elminə, tarixi maddi-mədəni irsinə, dövlət quruculuğuna verdikləri töhvələri yada salmayıb.


Ona görə deyirəm ki, nankorluq həm insanlara, həm də xalqlara məxsusdur.”

(Deyəsən, ibtidai insan-hay sürüsünün bu üzvünün dediyi son cümlə ən doğrusudur - Q.Y.)


Gürcü akademiki yuxarıda irəli sürülən saxta mülahizələrə rəğmən sual edir: “Əgər həqiqətən ermənilər bu qabiliyyətin yiyəsidirsə (başqaları üçün dövlət qururlar, paytaxt tikirlər, elm-mədəniyyət yaradırlar...), bəs nəyə görə XI əsrdən sonra yox olmuş dövlətlərini və mədəniyyətlərini bərpa etməyiblər?”


Bu sualın cavabı növbəti yazımızda.

 

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)