BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bakıda yerüstü metrostansiya tikilir.

30 may 2021 10:40:22

Bakıda yerüstü metrostansiya tikilir.

 

Zəfər.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, hazırda stansiyanın tikinti işləri sürətlə davam etdirilir: "Yeni yerüstü stansiya "Xocahəsən" Elektrik deposunun yanında inşa edilir. Bu stansiya Xocahəsən və ətraf ərazidə yaşayan insanların istifadəsi üçün nəzərdə tutulur. Stansiya "Bənövşəyi xətt" üzərində yerləşir, tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyanın adı hələlik məlum deyil. İstismara hazır olandan sonra onun adı veriləcək. Bu məsələ bizə aid deyil".