BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Deputat maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna KÖÇÜRƏCƏK

19 mart 2020 17:46:59

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı fərmanı əslində Azərbaycan dövlət ilə Azərbaycan vətəndaşları arasında bu ağır günlərdə həmrəyliyi ehtiva edir və bu ideya bütün imkanı çatan vətəndaşlar tərəfindən dəstəklənməlidir”.



Zəfər.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, dövlət onsuz da öz imkanlarını səfərbər alaraq müvəqqəti olaraq işini dayandırmış, sosial çətinliklərlə üzləşmiş vətəndaşlara dəstəyini əsirgəmir.



F.Mustafa özünün deputat maaşından Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcəyini də vurğulayıb:

“Bu prosesdə imkanı çatan vətəndaşların da öz töfhəsini verməsi daha az itkilərlə bu çətin sınaqdan çıxmamıza vəsilə ola bilər. Ona görə də mən də bir siaysi partiya rəhbəri və milliət vəkili olaraq əmək haqqımdan bu fonda fəaliyyətə başlayan kimi vəsait köçürəcəyəm. Hər birimiz bu gün dünyanı bürüyən epidemiya təhlükəsinə qarşı mübarizə üçün azacıq fədakarlıq etsək, bununla yalnız dövlətimizə dəstək vermiş olmayacağıq, həm də azərbaycanlı olaraq bir-birimizə dəyər verdiyimizi göstərəcəyik”.