Lavrov İlham Əliyevin Zəngəzurla bağlı dediklərini TƏSDİQLƏDİ
17 may 2021 19:17:48
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında Zəngəzur bölgəsində aparılan demarkasiya və delimitasiya prosesini dəyərləndirib.
Zəfər.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir sərhəd məsələsi ilə bağlı Ermənistan tərəfinin yaratdığı ajiotajı və həyəncanlı açıqlamaları rədd edib.
“Orada 1 güllə belə atılmayıb, toqquşmalar baş verməyib. Oturaraq sakit şəkildə situasiyanı necə çözməyi müzakirə ediblər. Bizdən yardım istədilər və hərbçilərin yardımı ilə razılaşmalar əldə olundu. Mən bu gündəlik və asan həll olunan işlərdə emosiyaların qabardılmasına qarşıyam”-deyə Lavrov söyləyib.
Rusiya tərəfinin açıqlaması Azərbaycan prezidenti İlham Əliyev və Xarici İşlər Nazirliyinin açıqlamaları ilə bənzər səslənir.(Modern.az)