İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ
17 may 2021 17:58:50
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib.
Zəfər.az-ın məlumatına görə, Ermənistan mediasına açıqlama verən Zonnuri Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.
“İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”-deyə iranlı deputat deyib.(Modern.az)