BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənistanda etirazçılar Gümrü-Yerevan yolunu bağladılar

17 may 2021 17:48:06

Ermənistanın Araqasotn rayonunun Artenik kənd sakinləri Gümrü-Yerevan avtomobil yolunu hər iki istiqamətdən bağlayıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə “Арменпресс” məlumat yayıb.

 

Məlumata görə, mayın 16-da kəndin əkin sahələrinə gələn suyun qarşısı kəsilib: “Kəndlilərin 40 faizi əkin sahələrini suvarsa da, 60 faizi suvarmayıb. Kənd adminstrasiyası bildirib ki, bu problemi suvarma şirkəti həll edə bilər. Çünki suyun qarşısını onlar kəsiblər”.

 

Kənd sakinləri yolu bağlamaqla problemin həlli üçün müvafiq qurumların diqqətini cəlb etmək istədiklərini bildiriblər.(Modern.az)