BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ceyhun Bayramov Lavrovla nələri müzakirə edib....

28 aprel 2021 10:54:55

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

Xarici İşlər Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

 

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.