BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

28 aprel 2021 10:41:51

Aprelin 29-da Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

 

Zəfər.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, tədbir videokonfrans formatında Pakistan tərəfi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

 

Biznes forumda hər iki ölkənin əczaçılıq, tibb, kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində işləyən şirkətlərin nümayəndələri iştirak edəcək.