BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Məzahir Pənahov yenidən MSK sədri seçildi

28 aprel 2021 10:39:12

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

 

Zəfər.az xəbər verir ki, iclasda MSK-nın yeni sədri seçilib.

 

MSK üzvlərinin rəyi əsasında Məzahir Pənahov yenidən qurumun sədri olub.

 

Məzahir Pənahov 1951-ci ildə doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur.

 

1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.

 

2000-ci il mayın 19-da Azərbaycan Respublikasının PrezidentiHeydər Əliyevin sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.

 

O, 2021-ci ildəd əd Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təqdimatı ilə yenidən MSK-ya üzv seçilib.

 

Məzahir Pənahov artıq 21 ildir MSK sədri postunun əvəzedilməz rəhbəridir.

 

30 mart 2021-ci il tarixli sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.