“YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi
21 aprel 2021 11:00:14
Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bu barədə “ASAN xidmət”dən Modern.az-a verilən məlumatda bildirilib. Müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:
Ələkbərov İlkin Elçin oğlu
Atakişiyev Yusif Fariz oğlu
Kazımov Kənan Çinar oğlu
Eyvazov Səbuhi Rahim oğlu
Seyfullayev Havil Səyədullah oğlu
Osmanov Zamir Şakir oğlu
Quliyev Şahmar Anar oğlu
Abdullayev Pərvin Dövlət oğlu
Əliyev Arzu Könül oğlu
Məmmədkərimov Nicat Əfsun oğlu
Musayev Bəhman Natiq oğlu
Hüseynov Ülvi Məsum oğlu
Rəsmi məlumata görə, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Videoçarxa keçid; https://youtu.be/1bfUWaajgFs