BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ

21 aprel 2021 10:38:58

“Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik”.

 

Zəfər.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Xankəndidə parad keçirmək Rusiya sülhməramlılarının tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq.

 

“Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır. Bunun tarixi anologiyası da var. Bilindiyi kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi varianıtnı düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”, - Fazil Mustafa bildirib.(Modern.az)