Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu
21 aprel 2021 10:21:04
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) bir sıra ölkələrdəki epizootik vəziyyətlə bağlı məlumat yayıb.
AQTA-dan Zəfər.az-a verilən məlumata görə, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiyanın Qərbi Finlandiya, Rusiyanın Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi aşkarlanıb.
Bundan başqa, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən, Əlcəzairin Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiyanın Krasnodar, Finlandiyanın Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.