BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib

21 aprel 2021 10:14:05

İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılıb.

 

Zəfər.az-ın məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğundan məlumat verilib.

 

Məlumatda bildirilir ki, son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb. DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.