BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Suqovuşandakı SES-lər işə salınıb - RƏSMİ

19 aprel 2021 17:22:35

“Tərtər rayonunun Suqovuşan kəndindəki su elektrik stansiyaları (SES) hazırdır, işə salmışıq, test gedir”.

 

Zəfər.az xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində bildirib.

 

“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm” - deyə o, qeyd edib.