BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Güləşçimiz erməniyə qalib gəldi

19 aprel 2021 17:13:12

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında mübarizəyə başlayıb.

 

Zəfər.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.

 

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.