BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkiyənin məşhur serialı Qarabağa həsr olundu

19 aprel 2021 17:02:53

Fox TV-də yayımlanan Türkiyənin məşhur “Savaşçı” serialının 101-ci bölümü Qarabağa həsr olunub.

 

Zəfər.az xəbər verir ki, ekran işinin bu həftə yayımlanan bölümündə işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı ekranlaşdırılıb. Sözügedən terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.

 

Qeyd edək ki, serialda məcburi köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.