BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Naftalanda “Tarix yazan məzunlarımız” xatirə lövhəsinin açılışı olub - Fotolar

19 aprel 2021 16:57:50

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsində iştirak etmiş və həmin məktəbinşəhidlik zirvəsinə ucalmış məzunlarının xatirəsini əbədiləşdirmək üçün hazırlanmış“Tarix yazan məzunlarımız” xatirə lövhəsinin açılışı münasibətilə tədbir keçirildi.

 

Zəfər.az xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil Şöbəsinin nümayəndələri, Şəhid Bəhruz Quluyevin və Bəxtiyar Aslanovun ailə üzvləri və müəllimləri iştirak ediblər.

 

Giriş sözü ilə tədbiri açan məktəbin direktoru Adilə Bağırova zəfər qazanmaq üçün ordumuzun vətən müharibəsində keçdiyi şanlı tarix yolu barədə məlumat verdi,xatirə lövhəsini şəhid Bəhruz Quliyevin qızı Elay Quliyeva ilə birgə açdı.

 

Tədbir iştirakçıları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibədə ordumuzun qazandığı tarixi qələbədən söz açdılar. Torpaqlarımız uğrunda canlarından keçmiş oğul və qızlarımızın hər birinin əbədi xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını, Möhtərəm prezidentimiz cənab İlham Əliyevin şəhid ailələrinə davamlı olaraq göstərdiyi tükənməz qayğının hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu bildirərək dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlərin ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılandığı bildirilib.