BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Altı ay komada qalan daha bir qazimiz Şəhid oldu - FOTO

19 aprel 2021 16:45:37

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

 

Zəfər.az xəbər verir ki, bu barədə Masallı Rayon icra Hakimiyyəti məlumat yayıb.

 

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 26 yaşlı N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

 

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

 

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

 

Allah rəhmət eləsin!