BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkiyə İraqda şəhid verdi

15 aprel 2021 10:26:53

Türkiyə İraqda daha bir şəhid verib.

 

Zəfər.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İraqın şimalındakı Başika hərbi baza bölgəsinə gecə saatlarında raketlə hücum edilib.


“Atılan üç raketdən biri hərbi baza bölgəsinə, digər ikisi kənd ərazisinə düşüb. Hücumda bir qəhrəman silah yoldaşımız həlak olub, kənddə yaşayan bir uşaq yaralanıb”, - açıqlamada deyilir.