Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb
15 aprel 2021 10:04:01
Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.
Zəfər.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin GUAM və TRACECA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.