“Ter-Petrosyan 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi” - Paşinyan
15 aprel 2021 10:02:05
“Ter-Petrosyan hələ 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi”.
Zəfər.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif etdi:
“İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”, - deyə N.Paşinyan bildirib.(Modern.az)