BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi”

13 aprel 2021 11:03:15

“Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.

 

Zəfər.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

 

“Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”.

 

Qeyd edək ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb. Dövlətimizin başçısı konfransda çıxış edib. Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.(Modern.az)