BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbi Qənimətlər Parkı bu tarixdən vətəndaşlara açıq olacaq

13 aprel 2021 10:47:11

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

 

Zəfər.az-ın məlumatına görə, aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur.

 

Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

 

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.