BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bu gün aprel şəhidi kapitan İnqilab Quliyevin doğum günüdür

13 aprel 2021 10:10:12

Bu gün aprel döyüşlərinin qəhrəman Şəhidi kapitan İnqilab Quliyevin doğum günüdür.


Zəfər.Az bildirir ki, əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub.

Kapitan İnqilab Quliyev 2016-cı ilin 1-5 aprel tarixlərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərəzilərində(həmin ərazilər artıq işğaldan azad edilib) gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

2016-cı il aprelin 5-i İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Quliyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Şəhidimiz ailəli idi. İki övladı Vətənə əmanətdir.

 

Kapitan İnqilab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.