BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İlham Əliyev Şuşaya atılan “İsgəndər-M” raketlərindən DANIŞDI: “Biz cavab istəyirik!”

12 aprel 2021 16:45:04

“Şuşanı bax bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi".

Zəfər.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışı zamanı deyib.

 

Prezident Hərbi Qənimətlər Parkındakı “İsgəndər-M” raketlərinin qalıqlarını nəzərdə tutaraq deyib ki, artıq Azərbaycanın əlində əyani sübutlar var .

"Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.