Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
12 aprel 2021 16:44:06
“2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 mln. ABŞ dolları təşkil edib”.
Zəfər.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında qeyd edib.
“Bu, Azərbaycan iqtisadiyyatının #pandemiya dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 mln ABŞ dollarını ötüb”-deyə nazir əlavə edib.