Lavrovdan Türkiyəyə XƏBƏRDARLIQ
12 aprel 2021 16:42:28
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.
Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, o, Ukrayna münaqişəsindən danışarkən belə deyib.
“Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq”.
Rusiya XİN başçısı ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə keçidini də pisləyib. O “Vaşinqton Ukraynada hansı məqsədlər güddüyünü bilmirəm”-deyə açıqlama verib.