BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bakının əsas prospektlərdən birinin adı dəyişdirildi - “8 Noyabr” adlandırıldı

12 aprel 2021 16:37:02

Nobel prospektinin adı dəyişdirilib.

 

Zəfər.az-ın əldə etdiyi məlumata görə, prospekt bu gündən “8 Noyabr” adlandırılıb.

 

Məlum olduğu kimi, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib.

 

Bildirilir ki, Nobel prospektinin “8 Noyabr” prospekti adlandırılması haqqında qərar ölkə başçısının təşəbbüsü ilə açılış zamanı verilib.

 

Bəzi məlumatlara görə, gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.