BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid Vaqif Bayramovun ildönümü qeyd olundu - FOTOLAR

12 aprel 2021 16:04:33

Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi yazılan qələbəmizdən 5 il ötür. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Vaqif Bayramovun 5-ci ildönümüdür.

 

Zəfər.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Polis şöbəsinin rəisi şəhidimizin ildönümü münasibətilə şəhidin ailə üzvləri ilə birlikdə Vaqif Bayramovun və digər şəhidlərimizin məzarını ziyarət edib. Şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək ruhlarına dualar oxunub.

 

İcra başçısı ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhramanlarımızın qanının yerdə qalmadığını bildirib.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Bayramov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Şəhidin ailəsi şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığını bildirib.(Modern.az)