BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gəlməyib” - Ermənistan MN

09 aprel 2021 14:42:49

Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana gəlişi ilə bağlı xəbər yayıb.

 

Zəfər.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.

 

“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil”,- deyə qurumun açıqlamasında qeyd olunub.

 

Nazirlik medianı həssas mövzularda təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.(Qafqazinfo)