BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir” - Prezident

09 aprel 2021 11:41:49

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir”.

 

Zəfər.az-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

 

O, sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildiyini vurğulayıb: “Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi”.

 

V.Bozkır qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı ilə görüşdə bölgədə mövcud vəziyyəti və BMT-nin gündəliyində duran məsələləri müzakirə ediblər.