BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ordumuzun zabiti Böyük Britaniyada təltif olundu

09 aprel 2021 11:40:13

Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə diplomu ilə başa vurub.

 

Zəfər.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında bildirilib.

 

"Zabit Murtuz Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” mükafatına layiq görülüb.

 

Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir".(Modern.az)