BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilər Qarabağda bir-birini partladır - VİDEO

09 aprel 2021 11:24:19

Erməni təslimçiləri Azərbaycan ərazisindəki “ordu” imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.

 

Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Caliber”in yeni süjetində məlumat verilir.


Süjetdə bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.

Videomaterialın müəllifləri deyilənləri konkret faktlarla sübut edir və bütün bunların Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə baş verdiyini qeyd edirlər.

 

Daha ətraflı “Caliber”in süjetində: